Karasuda yük gəmisi QƏZAYA UĞRADI: 8 nəfər XİLAS EDİLİR – VİDEObackend

Karasuda yük gəmisi QƏZAYA UĞRADI: 8 nəfər XİLAS EDİLİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakaryanın Karasu rayonunda yük gəmisi dayazlığa oturub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyənin Sakarya vilayətinin Karasu rayonu sahillərində gəmi qəzası qeydə alınıb.

Yük gəmisinin dayazlığa oturması nəticəsində gəmidəki heyət üçün təhlükəli vəziyyət yaranıb.

Həyəcan siqnalından sonra dərhal hadisə yerinə Sahil Təhlükəsizliyi, Sahil Mühafizəsi, AFAD, Jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda gəmidə olan 8 nəfərlik heyətin xilas edilməsi istiqamətində əməliyyat aparılır.

Xuraman Etibarlı

İnterpress.az