Zaxarova ABŞ-nin Rusiya ilə münasibətlərinə kəskin münasibət bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva rusiyalı diplomatların ABŞ-də dünyaya gələn övladlarına məcburi qaydada verilən Amerika vətəndaşlığını tanımır.
Zaxarova “Vedomosti” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, bu, ABŞ rəsmilərinin Rusiyaya qarşı növbəti təzyiq və təxribat alətidir.
Mariya Zaxarova bildirib ki, Trampın arxasında ABŞ rəsmiləri qanunu pozur və Rusiya diplomatlarının övladlarına ABŞ vətəndaşlığını “zorla” tətbiq edirlər.
O, Vaşinqtonun hazırkı siyasi kursunun qeyri-ardıcıllığını “bipolyar pozuntu” adlandıraraq tənqid edib.
Zaxarovanın sözlərinə görə, ABŞ-nin bu ziddiyyətli mövqeyi iki ölkə arasındakı münasibətlərdə mövcud olan “qıcıqlandırıcı” amillərin aradan qaldırılmasına imkan vermir və dialoq prosesini dalana dirəyir.
Xuraman Etibarlı
İnterpress.az






