“Bəli, bizdə daha az kart var”: İran səfirliyi Trampı səhvinə görə LAĞA QOYDU – FOTObackend

“Bəli, bizdə daha az kart var”: İran səfirliyi Trampı səhvinə görə LAĞA QOYDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp İranı “UNO” oyunu ilə “trollamaq” istədi, lakin özü rüsvay olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Social media” məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sosial şəbəkədə “trolluq” etməyə çalışsa da, gülünc vəziyyətə düşüb.

O, əlində çoxlu sayda “UNO” kartı olan bir şəkil paylaşaraq altına “məndə bütün kartlar var” (əlimdə hamısından var) qeydini yazıb.

Lakin məlumdur ki, “UNO” oyununun qaydalarına görə, əlində çoxlu kartın olması oyunçunun uduzmaq ərəfəsində olduğunu göstərir.

Oyunun əsas məqsədi mümkün qədər tez bütün kartlardan qurtulmaqdır. Bu səbəbdən, “məndə bütün kartlar var” ifadəsi oyunçunun ən pis mövqedə olduğunu bildirir.

İranın ABŞ-dəki səfirliyi isə cavab verməkdə gecikməyib: “Bəli, bizim daha az kartımız var”, — deyə qeyd edərək, Trampın səhvini dolayı yolla onun ziyanına, özlərinin isə üstünlüyünə yozub.

Xuraman Etibarlı

İnterpress.az