Moskvada 45 milyon rubl dəyərində marixuananın satışının qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Moskvada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Onlardan ümumi çəkisi təxminən 30 kq olan marixuana aşkarlanıb.
Aşkar olunan narkotik vasitənin bazar dəyərinin 45 milyon rubl (təxminən 1 013 min 600 manat) olduğu və təxminən altı min biryolluq dozanın hazırlanması üçün kifayət edəcəyi bildirilib.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər müvafiq işıqlandırma və ventilyasiya sistemləri ilə təchiz olunmuş gizli narkoplantasiya təşkil ediblər.
Həmçinin məlum olub ki, dəstə üzvlərindən biri 2010-cu ildən bəri narkotik ticarəti ittihamı ilə federal axtarışda olub.
Xuraman Etibarlı
İnterpress.az






