Rusiya Avstriyanın diplomatları ölkədən çıxarmasına “sərt cavab” verəcəyini vəd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Avstriyadakı səfirliyi məlumat yayıb.
Rusiya səfirliyi Vyananın rusiyalı diplomatları “arzuolunmaz şəxs” (persona non grata) elan edərək ölkədən çıxarmaq barədə “düşünülməmiş” qərarına sərt cavab veriləcəyini bəyan edib.
Diplomatik missiya Avstriya Xarici İşlər Nazirliyinin bu qərarını “hiddət doğurucu” adlandırıb və məlumatı nəzərə aldıqlarını bildirib.
Məlumata görə, ölkədən çıxarılanlar arasında Rusiyanın Avstriyadakı səfirliyinin və ATƏT yanında daimi nümayəndəliyinin əməkdaşları var.
Xatırladaq ki, Avstriya Xarici İşlər Nazirliyi daha əvvəl üç rusiyalı diplomatı diplomatik nümayəndəliklərin damlarında yerləşdirilmiş “antenna meşəliyi” səbəbi ilə “arzuolunmaz şəxs” elan edib.
Avstriya hakimiyyəti bu qurğuların casusluq məqsədilə istifadə edilə biləcəyini iddia edir.
Xuraman Etibarlı
İnterpress.az






