Kremlin təhlükəsizlik rejimində dəyişikliklər edilib – Əməkdaşların hərəkəti məhdudlaşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” kəşfiyyat məlumatlarına istinadən xəbər yayıb.
Rusiya Prezidenti Vladimir Putinə qarşı artan sui-qəsd təhlükəsi fonunda Kremldə təhlükəsizlik tədbirləri maksimuma çatdırılıb.
Məlumata görə, Putinin əməkdaşlarına mobil telefonlardan istifadə etmək qadağan edilib.
Bundan başqa, dövlət başçısının əməkdaşlarına yalnız Federal Mühafizə Xidmətinin (FSO) xüsusi yoxlanışından keçmiş avtomobillərlə hərəkət etmək tapşırılıb.
Xuraman Etibarlı
İnterpress.az






