Hava limanında FACİƏ: Sevgilisi tərəfindən tərk edilən qız hündürlükdən yıxılaraq ÖLDÜ – VİDEObackend

Hava limanında FACİƏ: Sevgilisi tərəfindən tərk edilən qız hündürlükdən yıxılaraq ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziya hava limanında sevgilisi tərəfindən tərk edilən çinli qız hündürlükdən yıxılaraq vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Malayziyanın hava limanlarından birində dəhşətli bədbəxt hadisə baş verib. Sevgilisi tərəfindən tərk edildiyi iddia edilən 27 yaşlı Çin vətəndaşı hava limanının eyvanında oturaraq ağlayıb və qışqırıb.

Əməkdaşlar onu sakitləşdirməyə çalışıblar. Lakin mühafizə xidmətinin bir əməkdaşı ona kömək etmək üçün yaxınlaşarkən, turist qorxuya düşüb.

Nəticədə qız ayağı sürüşərək aşağı düşüb və aldığı xəsarətlərdən yerindəcə keçinib.

Xuraman Etibarlı

İnterpress.az