Adanada üç uşaq yolla sakit gedən ahıl vətəndaşa hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Adana şəhərində xoşagəlməz hadisə qeydə alınıb. Yol ilə sakit şəkildə hərəkət edən 52 yaşlı evsiz Əziz Coşkun üç uşaq tərəfindən döyülüb.
Hücumun motivləri və zərərçəkənin durumu barədə hələlik rəsmi açıqlama verilməyib.
Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






