Rusiyada sosial şəbəkələrdə “layk” və “repost” etmək cinayət məsuliyyəti yarada bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri qanunsuz hesab olunan paylaşımlara göstərdikləri hər hansı təsdiqedici reaksiya zamanı ehtiyatlı olmalıdırlar.
Mütəxəssislərin bildirdiyinə görə, qadağan olunmuş və ya ekstremist məzmunlu yazılara edilən “layk” (bəyənmə) və “repost” (paylaşma) şəxsin həmin informasiyanın yayılmasında iştirakı kimi qiymətləndirilə bilər.
Bu halda cinayət məsuliyyəti təkcə kontentin müəllifi üçün deyil, həm də onu müsbət kontekstdə dəstəkləyən, yəni bəyənən və ya yayan istənilən istifadəçi üçün nəzərdə tutulur.
Hüquqşünaslar sosial şəbəkələrdə fəallıq göstərərkən paylaşımların qanuniliyinə diqqət yetirməyi və şübhəli məzmunlu yazılardan çəkinməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






