Rusiya hökuməti miqrasiya xərclərini KƏSKİN ARTIRIRbackend

Rusiya hökuməti miqrasiya xərclərini KƏSKİN ARTIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada miqrasiya sahəsində dövlət rüsumları kəskin bahalaşır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.

Rusiya hökuməti miqrasiya sferasında dövlət rüsumlarının dəfələrlə artırılmasını nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Rəsmi şəxslərin hesablamalarına görə, bu artım hər il dövlət büdcəsinə əlavə olaraq təxminən 15 milyard rubl (təxminən 340 milyon manat) vəsaitin daxil olmasına imkan verəcək.

İstehzalı məqam isə budur ki, bu vəsait Rusiyanın Qırğızıstanda tikəcəyi kampusun xərclərinə bərabərdir, lakin Tacikistan və Qırğızıstanda məktəblərin inşası üçün hələ də kifayət etmir.

Xatırladaq ki, iqtisad elmləri doktoru Sergey Anureyevin hesablamalarına görə, miqrantlar büdcəyə hər il təxminən 3 trilyon rubl (təxminən 68 milyard manat) ödənilməmiş vəsait borcludurlar.

Xuraman Etibarlı

İnterpress.az