Pekindən gələn əcnəbi 53 almazla YAXALANDI – FOTObackend

Pekindən gələn əcnəbi 53 almazla YAXALANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda 6,3 milyard rublluq zərgərlik məmulatlarının qaçaqmalçılığı aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.

İrkutskda gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısını alıb.

Ələ keçirilən məmulatların ümumi dəyəri 6,3 milyard rubl (təxminən 13 516 000 manat) təşkil edir.

Pekindən gələn və “yaşıl” dəhlizdən keçən əcnəbi vətəndaşın çamadanlarında aparılan yoxlama zamanı mütəxəssislər 53 ədəd brilyant (almaz), habelə 750 və 950 əyarlı qızıl və platin xəlitələrindən hazırlanmış, çəhrayı və ağ rəngli brilyantlarla bəzədilmiş beş ədəd üzük aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, qızıl-zinət əşyaları müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.az