ABŞ İraqdakı vətəndaşlarına dərhal ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi məlumat yayıb.
İranın raket və pilotsuz uçuş aparatları ilə hücum ehtimalı səbəbilə ABŞ-nin Bağdaddakı səfirliyi təhlükəsizlik səviyyəsini dördüncü (ən yüksək) pilləyə qaldırıb.
Səfirlik öz vətəndaşlarına müraciət edərək, İraqı dərhal tərk etmələrini tələb edib.

Xuraman Etibarlı
İnterpress.az






