Elm dünyasına AĞIR ZƏRBƏ: İki fizik 12,5 il müddətinə HƏBS EDİLDİbackend

Elm dünyasına AĞIR ZƏRBƏ: İki fizik 12,5 il müddətinə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə iki fizik dövlətə xəyanətdə təqsirli bilinərək 12,5 il müddətinə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Novosibirsk məhkəməsinin hökmü ilə iki fizik – Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Xristianoviç adına Nəzəri və Tətbiqi Mexanika İnstitutunun elmi işçisi, “Böyük sürətlərin aerodinamikası” laboratoriyasının yaradıcısı Valeri Zveqintsev və onun tomsklı həmkarı, həmmüəllifi Vladislav Qalkin hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Alimlər 2023-cü ildə saxlanılıblar. Qəzetin məlumatına görə, cinayət işinə səbəb kimi fizika sahəsindəki araşdırmalar, daha doğrusu, qaz dinamikası haqqında məqalənin xarici jurnalda dərc olunması göstərilir.

Xatırladaq ki, daha əvvəl eyni institutun keçmiş direktoru Aleksandr Şiplyuk “dövlətə xəyanət” (xarici ölkə nümayəndələrinə məlumat ötürmə) ittihamı ilə 15 il, baş elmi işçi Anatoli Maslov isə 14 il müddətinə həbs cəzası alıb.

Xuraman Etibarlı

İnterpress.az