Möcüzəvi QURTULUŞ: 200 metrlik uçurumdan yıxılan turist SAĞ QALDI – VİDEObackend

Möcüzəvi QURTULUŞ: 200 metrlik uçurumdan yıxılan turist SAĞ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində turist 200 metrlik uçurumdan yıxılıb sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Çinin Henan əyalətində inanılmaz bir hadisə yaşanıb. Turist 200 metrlik uçurumdan aşağı yuvarlansa da, möcüzəvi şəkildə sağ qalıb.

Məlumata görə, həmin şəxs uçurumdan yıxılarkən təxminən səkkiz metr aşağıda qayanın kənarında bitmiş kiçik bir ağaca ilişərək dayanıb.\

Hadisə yerinə gələn xilasedicilərin təxminən 4 saat davam edən əməliyyatından sonra turisti xilas etmək mümkün olub.

Bildirilir ki, qəza nəticəsində çoxsaylı sınıqlar, üz, göz və onurğa xəsarətləri alan zərərçəkən xüsusi xərəklə yuxarı çıxarılaraq xəstəxanaya çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az