10 yaşlı uşaq məktəbdə ÖLDÜ – İstintaq BAŞLADILDIbackend

10 yaşlı uşaq məktəbdə ÖLDÜ – İstintaq BAŞLADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Primorye diyarında 10 yaşlı məktəblinin ölümü ilə bağlı yoxlamalar başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Primorye diyarının Xorol dairəsində 10 yaşlı oğlanın ölümü ilə bağlı istintaq araşdırmalarına başlanılıb.

Məlumata görə, uşağın ölümünə ehtimal olunan səbəb meningit xəstəliyidir.

Bildirilir ki, məktəbli mayın 3-də özünü çox pis hiss edib və qısa müddət sonra dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əvvəlki məlumatında qeyd edilmişdi ki, uşaq hələ aprelin 30-da xəstələnib, lakin valideynləri tibbi yardım üçün heç bir quruma müraciət etməyiblər.

Hazırda baş vermiş faciəli hadisə ilə bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az