12 yaşlı britaniyalıdan “HAKER” ADDIMI: “Bığ” çəkib sistemə DAXİL OLDUbackend

12 yaşlı britaniyalıdan “HAKER” ADDIMI: “Bığ” çəkib sistemə DAXİL OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 yaşlı britaniyalı anasının qaş qələmi ilə “bığ” çəkərək dövlətin yaş yoxlama sistemini aldadıb.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb.

Böyük Britaniyada maraqlı bir hadisə yaşanıb. 12 yaşlı yeniyetmə internetdə yaş yoxlama sistemini aldatmağın olduqca sadə və kreativ yolunu tapıb.

O, anasının qaş qələmi ilə üzünə “bığ” çəkərək özünü böyük göstərməyə və beləliklə, sistemin yaşı ilə bağlı məhdudiyyətlərindən keçməyə müvəffəq olub.

Yeniyetmənin bu “dahiyanə” hiyləsi sosial şəbəkələrdə geniş müzakirə olunub və onun bu bacarığı maraqla qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az