Qazaxıstanda dəhşətli olay: Keçmiş sevgilisi rusiyalı qadını 10 gün girov saxlayıb işgəncə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstanda yaşanmış hadisə eşidənləri sarsıdıb. Novosibirskdən olan Anastasiya adlı qadın Alma-Ataya keçmiş sevgilisi Rüstəmin yanına aparığı oğlunu görmək üçün gedib, lakin səfəri kabusa çevrilib.
İstintaqın məlumatına görə, Rüstəm Anastasiyanın telefonunda digər kişilərlə yazışmalarını tapdıqdan sonra nəzarətini itirib.
Qadını ailəsinin gözü qarşısında döyən və torlu qişasının yırtılmasına səbəb olan qısqanc kişi onun başını keçəl qırxıb.
Daha sonra 10 gün boyunca ona müxtəlif işgəncələr verib. Anastasiya oğlunun taleyindən qorxaraq bütün dözülməz iztirablara tab gətirib.
Hətta zorla üzürxahlıq videosu yazdırıb və bütün pulunu Rüstəmin hesabına köçürüb. Yalnız bundan sonra onu sərbəst buraxıb, lakin oğlunu əlində saxlayaraq polisə gedəcəyi təqdirdə onu bir daha görməyəcəyi ilə hədələyib.
Rusiya Federasiyasına qayıdan qadın dərhal zorakılıq faktlarını təsdiqlədib və hər iki ölkənin aidiyyəti orqanlarına müraciət edib.
Qazaxıstanda Rüstəm barəsində cinayət işi başlanılıb.
Rüstəm isə tamamilə fərqli bir versiya ilə çıxış edir. O, 10 ildir Anastasiya ilə münasibətdə olduqlarını iddia edərək, qadının məktəbi bitirdikdən sonra Qazaxıstana köçməli olduğunu bildirib.
Rüstəmin sözlərinə görə, Anastasiyanın “xəyanətindən” xəbər tutduqdan sonra oğlunu özü tərəfindən böyütmək qərarına gəlib.
O, bütün ittihamları rədd edərək, Anastasiyanın üzürxahlıq əlaməti olaraq özünü “kəçəl qırxması” barədə absurd iddialar irəli sürüb.
Xuraman Etibarlı
İnterpress.az






