Arxangelskdə QİYMƏTLİ TAPINTI: 190 karatlıq NƏHƏNG ALMAZbackend

Arxangelskdə QİYMƏTLİ TAPINTI: 190 karatlıq NƏHƏNG ALMAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxangelsk vilayətində 190,08 karatlıq nəhəng almaz tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “AGD Diamonds” şirkəti TASS-a məlumat verib.

Rusiyanın Arxangelsk vilayətindəki mədənlərin birində çəkisi 190,08 karat olan nadir almaz aşkarlanıb.

Bu, şirkət tərəfindən 2026-cı il ərzində hasil edilmiş sayca üçüncü xüsusi böyüklükdə olan almazdır.

Xuraman Etibarlı

İnterpress.az