Samsunda ŞOK ZORAKILIQ: Məktəbli qız həmyaşıdları tərəfindən vəhşicəsinə DÖYÜLDÜ – VİDEObackend

Samsunda ŞOK ZORAKILIQ: Məktəbli qız həmyaşıdları tərəfindən vəhşicəsinə DÖYÜLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samsunda məktəbli qız həmyaşıdları tərəfindən vəhşicəsinə döyülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Samsun şəhərinin Çarşamba rayonunda yerləşən Cəmil Meriç orta məktəbində baş verən dəhşətli zorakılıq anları ictimaiyyətdə hiddət doğurub.

Sosial şəbəkələrdə yayılan videoda 17 yaşlı məktəbli qızın öz həmyaşıdları tərəfindən qəddarlıqla döyüldüyü əks olunub.

Görüntülərdən məlum olur ki, hücum edən şəxs qızı yumruq və təpiklərlə vurur, başına yerə çırpır.

Hətta bir məqamda “yoruldum” deyərək pauza edən şəxs, daha sonra təhqir və söyüşlər altında işgəncəyə davam edir.

Digər məktəblilərin gülərək videoya çəkdiyi həmin anlarda hücum edənlərdən biri “üzünə təpiklə vur” əmrini verir.

Hadisədən sonra polis və prokurorluq orqanları dərhal hərəkətə keçib. İnsidentlə bağlı iki nəfər saxlanılıb, daha iki nəfər isə dindirilmək üçün prokurorluğa çağırılıb.

Xuraman Etibarlı

İnterpress.az


Alternativ başlıqlar: