Qadın rəfiqəsinin pişiyini oğurlayıb pul TƏLƏB ETDİbackend

Qadın rəfiqəsinin pişiyini oğurlayıb pul TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saratovda qadın rəfiqəsinin pişiyini oğurlayıb, 30 min rubl tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya polisi məlumat yayıb.

Saratovda baş verən maraqlı cinayət hadisəsi hər kəsi heyrətləndirib. Bir qadın rəfiqəsinin pişiyini “bir müddətlik” öz himayəsinə götürüb, lakin onu geri qaytarmayıb.

Tərəflər arasında yaranan münaqişədən sonra qadın pişiyi geri vermək üçün rəfiqəsindən 30 min rubl (təxminən 680 manat) məbləğində “fidyə” tələb edib.

Faktla bağlı polisə müraciət edildikdən sonra saxlanılan qadın barəsində “dələduzluq” maddəsi ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az