Skamyada uzanan sərxoş kişi yanaraq CAN VERDİ  – FOTO/VİDEObackend

Skamyada uzanan sərxoş kişi yanaraq CAN VERDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nijni Novqorodda dəhşət: Sərxoş kişi uşaq meydançasında diri-diri yanıb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Nijni Novqorod şəhərində tükürpədici və qeyri-adi bədbəxt hadisə baş verib. Sərxoş kişi uşaq meydançasında diri-diri yanaraq ağır xəsarətlər alıb və sonradan yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Hadisə yerli ucuz pivəxanalardan birinin yaxınlığında qeydə alınıb. Pivəxanada çoxlu spirtli içki qəbul edən şəxs uşaq meydançasındakı skamyada uzanıb, siqaret yandırıb və güclü sərxoşluq səbəbindən əynindəki paltarların və skamyanın alovlandığını hiss etməyib.

Ərazidəki şahidlər yanğınsöndürənlər gələnə qədər alovu söndürməyi bacarıblar.

Hadisə yerinə gələn təcili yardım briqadası hələ nəfəs alan ağır yaralını dərhal yanıq mərkəzinə çatdırıb. Lakin bədəninin böyük hissəsi ağır dərəcəli termiki yanıqlar alan kişinin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb, bədbəxt hadisənin bütün təfərrüatları və səbəbləri dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az