Rusiyada irimiqyaslı NARKOTİK ƏMƏLİYYATI: İki nəfərin ölümünə görə 4 şəxs HƏBS OLUNDU – VİDEObackend

Rusiyada irimiqyaslı NARKOTİK ƏMƏLİYYATI: İki nəfərin ölümünə görə 4 şəxs HƏBS OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında kütləvi narkotik zəhərlənməsinə və iki nəfərin ölümünə səbəb olan 4 şəxs həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Moskva vilayətində məhkəmə kütləvi narkotik zəhərlənməsi və iki nəfərin ölümü ilə nəticələnən ağır cinayət işi üzrə təqsirləndirilən dörd nəfər barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Moskva Vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti açıqlayıb.

Saxlanılan dörd nəfər qanunsuz narkotik vasitələrin satışı və ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə rəsmi ittiham edilirlər.

İstintaqın məlumatına görə, hadisə bir neçə gün əvvəl Moskva ətrafındakı yaşayış məntəqələrindən birində baş verib. Şübhəli şəxslərin yaydığı təhlükəli kimyəvi narkotik maddədən istifadə edən bir neçə vətəndaş kütləvi şəkildə zəhərlənərək xəstəxanalara yerləşdirilib.

Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan operativ axtarış tədbirləri nəticəsində bu zəhərli maddələrin satışını təşkil edən dörd nəfər müəyyənləşdirilərək saxlanılıb.

Hazırda cinayət şəbəkəsinin digər mümkün əlaqələrinin ifşası istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az