Rusiya məhkəməsi “TikTok”u 3 milyon rubl məbləğində CƏRİMƏLƏDİbackend

Rusiya məhkəməsi “TikTok”u 3 milyon rubl məbləğində CƏRİMƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva məhkəməsi “TikTok”u 69 min manatdan çox cərimələyib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Moskva şəhər məhkəməsi “TikTok” sosial şəbəkəsini qanunla qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə külli miqdarda cərimələyib.

Məhkəmənin qərarı ilə sosial şəbəkə “LGBT” mövzusunda olan qeyri-qanuni materialların silinməməsinə görə 3 milyon rubl (təxminən 69 132 manat) məbləğində inzibati pul cəriməsinə məhkum edilib.

Cinayət işinin materiallarına görə, platforma administrasiyası daxilində qeyri-ənənəvi cinsi münasibətlərin təbliği yer alan iki videoçarxı rəsmi xəbərdarlıqlara rəğmən silməkdən imtina edib.

Rusiya qanunvericiliyinə əsasən, internet resurslarında qadağan olunmuş mövzuların təbliği və dövlət nəzarəti qurumlarının tələblərinin rədd edilməsi irimiqyaslı cərimələrlə nəticələnir.

Rəsmi orqanlar bildiriblər ki, əgər “TikTok” qeyd olunan qanunsuz videoları silməzsə, gələcəkdə onu daha ağır maliyyə sanksiyaları və ya platformanın ölkə daxilində fəaliyyətinə tamamilə məhdudiyyət qoyulması təhlükəsi gözləyir.

“TikTok” şirkətinin rəhbərliyi hələlik məhkəmə qərarı və tətbiq edilən cərimə ilə bağlı rəsmi şərh verməyib.

Xuraman Etibarlı

İnterpress.az