Ailə münaqişəsi faciə ilə NƏTİCƏLƏNDİ: Barışmağa gələn kürəkən diri-diri YANDIRILDI – VİDEO(18+)backend

Ailə münaqişəsi faciə ilə NƏTİCƏLƏNDİ: Barışmağa gələn kürəkən diri-diri YANDIRILDI – VİDEO(18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda ailədaxili münaqişə dəhşətli faciə ilə nəticələnib. Həyat yoldaşı ilə barışmaq məqsədilə onun valideynlərinin evinə gələn kişi diri-diri yandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Məlumata görə, cütlük arasında baş verən mübahisədən sonra qadın evdən ayrılaraq valideynlərinin yanına qayıdıb.

Bir müddət sonra həyat yoldaşı münasibətləri bərpa etmək ümidi ilə qadının ailəsini ziyarət edib.

Lakin görüş faciə ilə yekunlaşıb. İddialara əsasən, qadının qardaşı (kişinin qayını) onun üzərinə benzin tökərək od vurub.

Hadisəyə müdaxilə edərək hücumu dayandırmağa çalışan qadın qohumu da alovun içində qalıb.

Nəticədə ağır yanıq xəsarətləri alan kişi və ona kömək etməyə çalışan qadın həyatını itirib.

Hücumu törətməkdə şübhəli bilinən şəxs isə hadisə zamanı özü də ağır xəsarətlər alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az