Rusiyada fermada dəhşətli yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Perm diyarında yerləşən şəxsi donuz fermasında baş verən güclü yanğın nəticəsində 4500 donuz tələf olub. Yalnız 300 heyvanı alovun içindən çıxarmaq mümkün olub.
Hadisə Kuyedinski bələdiyyə dairəsinin Kipçak kəndində qeydə alınıb. Yanğın ümumilikdə 4,5 min kvadratmetr ərazini əhatə edib və ferma binasını tamamilə məhv edib.
İlkin məlumata görə, yanğının baş verməsinin iki ehtimal olunan səbəbi var. Birinci versiyaya əsasən, mühafizəçinin söndürülməmiş siqaret kötüyünü atması alovlanmaya səbəb olub. Digər ehtimala görə isə yanğın elektrik naqillərində baş verən qısaqapanmadan yaranıb.
Hazırda hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza aparılır.
Qeyd edək ki, sözügedən ferma Perm diyarının cənubunda fəaliyyət göstərən Kuyedinski Ət Kombinatının əsas tərəfdaşlarından biridir.
Müəssisə hər gün orta hesabla 200 baş donuzu emal üçün qəbul edir.
Xuraman Etibarlı
İnterpress.az






