Çimərlikdə qısqanclıq DAVAYA ÇEVRİLDİ: Sevgilisini insanların gözü qarşısında DÖYDÜ – VİDEObackend

Çimərlikdə qısqanclıq DAVAYA ÇEVRİLDİ: Sevgilisini insanların gözü qarşısında DÖYDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dominikan Respublikasında qısqanc kişi sevgilisini insanların gözü qarşısında döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Dominikan Respublikasında qısqanclıq zəminində baş verən insident zamanı bir kişi sevgilisini insanların gözü qarşısında amansızcasına döyüb.

Məlumata görə, gənc qadının naməlum bir şəxslə flirt etməsi sevgilisini özündən çıxarıb. Qısqanclıq hissinə qapılan kişi qəfil qadına hücum edərək onu döyməyə başlayıb.

Hadisə şahidlərinin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb və zərərçəkən qadın xilas edilib.

Hadisə nəticəsində qadının aldığı xəsarətlərin ağırlığı barədə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az