Avropa Parlamenti ESN fraksiyasının statusunun ləğvi proseduruna başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.
Avropa Parlamenti Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının rəhbərlik etdiyi Avropa Suveren Millətlər (ESN) fraksiyasının statusunun ləğvi ilə bağlı prosedura start verib.
Avropa Parlamentinin rəsmi məlumatına görə, bu prosesin nəticəsində ESN Avropa siyasi partiyası statusunu və Avropa İttifaqı büdcəsindən maliyyələşmə hüququnu itirə bilər.
Hazırda məsələ ilə bağlı prosedur davam edir. Qərarın yekun nəticəsi proses başa çatdıqdan sonra məlum olacaq.
Xuraman Etibarlı
İnterpress.az






