Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın əmlakının müsadirəsinə qərar verilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin sabiq prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı qərar qəbul edib.
Məhkəmə Ermənistan Baş Prokurorluğunun iddiasını qismən təmin edib. Qərar qanuni qüvvəyə mindikdən sonra ümumi dəyəri təxminən 1,7 milyon ABŞ dolları olan aktivlər dövlətin xeyrinə müsadirə ediləcək.
Müsadirə olunacaq əmlaklara pul vəsaitləri, hesablanmış faizlərlə birlikdə bank əmanətləri, daşınmaz əmlakın bir hissəsi və keçmiş prezidentə məxsus digər aktivlər daxildir.
Qeyd edək ki, sözügedən məhkəmə prosesi Serj Sarkisyanın və onunla əlaqəli şəxslərin qanunsuz yolla əldə edildiyi iddia olunan əmlaklarının dövlətə qaytarılması ilə bağlı qaldırılmış iddia çərçivəsində aparılıb.
Xuraman Etibarlı
İnterpress.az






