Sankt-Peterburqda qasırğa baş verib, sakinlər görüntüləri paylaşıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində qasırğa müşahidə olunub. Təbii hadisənin görüntüləri şəhər sakinləri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, qasırğanın hunişəkilli sütunu şəhərin Vasilyevski adası ərazisində və Orconikidze küçəsində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
Xuraman Etibarlı
İnterpress.az






