Türkiyə NATO-ya üzvlüyünün ilk illərinə aid kinoarxivinin məxfiliyini LƏĞV ETDİbackend

Türkiyə NATO-ya üzvlüyünün ilk illərinə aid kinoarxivinin məxfiliyini LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə NATO üzvlüyünün ilk illərinə aid tarixi məxfi film arxivini ictimaiyyətə açıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Baş İdarəsi ölkənin NATO-ya üzvlüyünün ilk illərinə aid tarixi kinoarxivi ictimaiyyət üçün əlçatan edib.

Arxiv materiallarında Türkiyənin alyansdakı fəaliyyətinin ilk mərhələsini əks etdirən nadir videokadrlar yer alır.

Onların arasında sabiq baş nazir Adnan Menderesin 1957-ci ildə keçirilən Paris NATO Sammitində iştirakını əks etdirən xronika da var.

Kolleksiyada, həmçinin, sabiq xarici işlər naziri Fuat Köprülü, kontr-admiral Fahri Korutürk, eləcə də NATO çərçivəsində fəaliyyət göstərən ilk türk hərbi missiyalarına dair nadir görüntülər təqdim olunur.

Yeni açılan arxiv Türkiyənin NATO ilə hərbi-siyasi əməkdaşlığının formalaşması və inkişafının ilkin mərhələlərini tarixi materiallar əsasında izləməyə imkan yaradır.

Xuraman Etibarlı

İnterpress.az