Alimlər XƏBƏRDARLIQ EDİR: Oturaq iş xərçəng xəstəliyinə səbəb olurbackend

Alimlər XƏBƏRDARLIQ EDİR: Oturaq iş xərçəng xəstəliyinə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fasiləsiz oturmaq xərçəng riskini kəskin artırır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Alimlərin apardığı yeni araşdırmalar oturaq iş rejiminin birbaşa xərçəng xəstəliyinə və ondan ölüm riskinin artmasına yol açdığını sübut edib.

Məlum olub ki, fasiləsiz olaraq cəmi 30 dəqiqə əyləşmək belə onkoloji xəstəliklərdən ölüm riskini nəzərəçarpacaq dərəcədə artırır. Hər sonrakı passiv saat isə bu riski daha 10 faiz çoxaldır.

Ən diqqətçəkən məqam isə odur ki, işdən sonra edilən aktiv məşqlər belə insanı bu təhlükədən tamamilə qorumur.

Mütəxəssislərin fikrincə, əsas problem hərəkətsizliyin davamlı olmasındadır.

Əgər hər yarım saatdan bir ayağa qalxıb ofis daxilində gəzişsəniz və ya yüngül hərəkətlər etsəniz, bu risk 12 faiz azalır.

Həmin qısa fasiləyə cəmi beş dəqiqəlik intensiv idman hərəkətləri əlavə etdikdə isə xərçəng riski bütövlükdə 22 faiz aşağı düşür.

Xuraman Etibarlı

İnterpress.az