Məşhur aktrisanın qardaşları ömürlük HƏBS EDİLƏ BİLƏR – FOTObackend

Məşhur aktrisanın qardaşları ömürlük HƏBS EDİLƏ BİLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisanın qardaşını ABŞ-də ömürlük həbs cəzası gözləyir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Voroninlər” serialının ulduzu Yekaterina Volkovanın qardaşı Leonid Volkov ABŞ-də iki nəfəri qətlə yetirməkdə ittiham olunur.

O, artıq üç ildir ki, Massaçusets ştatının Midlseks dairə həbsxanasında birinci dərəcəli qətl ittihamı ilə saxlanılır.

İstintaqın məlumatına görə, 2023-cü ilin yazında Boston yaxınlığında itkin düşən 37 yaşlı Kirill və 28 yaşlı Pavelin qətlində şübhəli bilinən Volkov onların kartları ilə 1200 dollardan (təxminən 2040 manat) çox dəyəri olan müxtəlif əşyalar və təmizlik vasitələri alıb.

Polis tərəfindən Volkovun icarəyə götürdüyü anbarda keçirilən axtarış zamanı qanlı mişar və içərisində meyit olan iki konteyner tapılıb. Meyitlərdən birinin parçalandığı məlum olub.

Cinayətin törədilməsinə mənzil kirayəsi ilə bağlı mübahisənin səbəb olduğu bildirilir.

Payızda başlayacaq andlılar məhkəməsinin qərarı ilə Leonidi şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası gözləyir.

Aktrisa Yekaterina Volkova isə qardaşının günahsız olduğuna inandığını bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az