Məmur bəyan etmədiyi futbol uduşlarına görə işdən QOVULDUbackend

Məmur bəyan etmədiyi futbol uduşlarına görə işdən QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalmıkiyada məmur futbol mərc oyunlarındakı qazanclarına görə işdən qovulub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kalmıkiya Respublikasında Federal Cəzaçəkmə Xidmətinin 34 yaşlı əməkdaşı Bodma Bodayev futbol mərclərindən əldə etdiyi uduşları bəyan etmədiyi üçün işdən çıxarılıb.

Onun bank kartına il ərzində ümumilikdə 1,8 milyon rubl (təxminən 40 000 manat) uduş vəsaiti daxil olsa da, o, bu məbləği bəyannaməsində göstərməyib.

Məmur bu vəsaitlərin ona aid olmadığını, iş yoldaşının onun hesabı və bank kartı vasitəsilə mərclər etdiyini iddia edib. Həmçinin onun bəyannamədə həyat yoldaşının 11,5 min rubl (təxminən 255 manat) məbləğində müavinətini qeyd etməyi unutduğu da aşkarlanıb.

Xüsusi komissiya bu halları korrupsiya pozuntusu hesab edərək məmuru “etimadın itirilməsi” səbəbindən işdən azad etməyi tövsiyə edib və rəhbərlik bu qərarla razılaşıb.

Bodayev məhkəmə yolu ilə vəzifəsinə qayıtmağa çalışsa da, məhkəmə vəsaitlərin onun kartına daxil olduğu üçün bəyan edilməsinin məcburi olduğunu bildirərək onun iddiasını rədd edib.

Xuraman Etibarlı

İnterpress.аz