FETÖ ABŞ-nin “qlobal aləti” kimi fəaliyyət göstərib.
İnterpress.аz xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.
Türkiyədə əvvəllər hazırlanan hesabatlara istinadən yayılan məlumatlara görə, FETÖ terror təşkilatı ABŞ-nin “qlobal aləti” kimi çıxış edib və Amerika xüsusi xidmət orqanları ilə sıx əlaqələr saxlayıb.
Təşkilatın lideri Fətullah Gülənin 1999-cu ildə ABŞ-yə köçməsindən sonra ciddi xarici dəstək aldığı, FETÖ-nün fəaliyyətinin isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) göstərişləri əsasında əlaqələndirildiyi iddia olunur.
Təşkilatın müxtəlif ölkələrdə öz təsir dairəsini genişləndirmək üçün geniş təhsil müəssisələri, şirkətlər, fondlar və qeyri-hökumət təşkilatları şəbəkəsindən istifadə etdiyi bildirilir.
Nəşrdə qeyd edilir ki, Türkiyədə 2016-cı ilin iyulunda baş verən dövlət çevrilişinə cəhddən sonra ölkə rəhbərliyi tərəfindən FETÖ ilə əlaqəli olan 2200-dən çox məktəb və 1000-dən artıq hazırlıq mərkəzi bağlanıb.
Xuraman Etibarlı
İnterpress.аz






