ABŞ-də tələbələr videooyunlardakı uğurlarına görə təqaüd alacaqlar.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-də fəaliyyət göstərən universitetlərdən biri tələbələrə videooyunlardakı nailiyyətlərinə görə 14 300 dollara (təxminən 20 700 manat) qədər təqaüd verəcək xüsusi proqram başladıb.
Bu proqramda “Minecraft”, “Dark Souls” və digər populyar oyunlarda qazanılan uğurlar nəzərə alınacaq.
Tələbələr bu nailiyyətlərini təsdiqləmək üçün öz “Steam” və “PSN” profillərini, həmçinin oyun daxili statistika və ya ekran görüntülərini təqdim etməlidirlər.
Qeyd edək ki, “Max Achievement Scholarships” adlanan bu proqram Kaliforniyadakı Silikon Vadisi Universiteti tərəfindən təsis edilib.
Tələbələrə veriləcək illik təqaüdün məbləği 15 000 dollara (təxminən 25 500 manat) qədər ola bilər.
Xuraman Etibarlı
İnterpress.аz






