Avropa İttifaqı Yunanıstana görə Rusiyaya qarşı sanksiya mexanizmindən imtina edə bilər.
İnterpress.аz xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Avropa İttifaqı (Aİ) Yunanıstanın nümayiş etdirdiyi kəskin mövqe səbəbindən Rusiyaya qarşı tətbiq olunan hazırkı sanksiya mexanizmindən rəsmi olaraq imtina edə bilər.
Rəsmi Afina növbəti sanksiyalar paketinin qəbulunu bir neçə həftə əngəlləyərək, özünün “Dynagas” gəmiçilik şirkəti üçün xüsusi güzəştlər (istisnalar) əldə etməyi bacarıb.
Mütəxəssislər qeyd edirlər ki, bu, Aİ-nin ümumi iqtisadi sanksiyalar sisteminin ilk dəfə zəiflədilməsi və geriyə addım atılması hadisəsidir.
Məhz bu hadisə digər üzv dövlətlər arasında ciddi narazılığa səbəb olub.
Xuraman Etibarlı
İnterpress.аz






