Toy günü DƏHŞƏT: Bəy ürəyindən bıçaqlanaraq ÖLDÜRÜLDÜ – FOTObackend

Toy günü DƏHŞƏT: Bəy ürəyindən bıçaqlanaraq ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bəy öz toyunda ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində dəhşətli qətl hadisəsi baş verib. Yeni evlənən cütlüyün toy məclisi zamanı bəy qonşu masada əylənən qrupdakı naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

Hadisə Açinskdəki “Uyut” kafesində qeydə alınıb. Yeni evlənənlər toyu qeyd edərkən yaxınlıqdakı digər masada yubiley şənliyi keçirilirmiş. Müəyyən andan sonra iki qrup arasında münaqişə yaranıb.

Semyon adlı bəy ən yaxın dostunu müdafiə etmək üçün mübahisəyə qarışıb və bu zaman qarşı tərəf onun ürək nahiyəsinə qəfil bıçaq zərbəsi endirib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, bəy üzərində mürəkkəb cərrahiyyə əməliyyatı aparıldıqdan sonra bir müddət özünə gəlsə də, bir neçə gün sonra vəziyyəti kəskin pisləşib.

Semyon təcili olaraq sanitar aviasiya ilə Krasnoyarsk şəhər xəstəxanasına çatdırılsa da, 9 gün sonra dünyasını dəyişib.

Qatil isə könüllü olaraq polisə təslim olub.

Xuraman Etibarlı

İnterpress.аz