Türkiyədə rusiyalı turistlərin paxlava oğurluğu RÜSVAYÇILIQLA BİTDİ – FOTObackend

Türkiyədə rusiyalı turistlərin paxlava oğurluğu RÜSVAYÇILIQLA BİTDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə oteldə oğurluq edən rusiyalı turistlər 5 kiloqram paxlavanı tualetə töküb batırıblar.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Türkiyədəki otellərdən birində rusiyalı qadın turistlərin iştirakı ilə qeyri-adi və gülünc hadisə baş verib. “Hər şey daxil” (All Inclusive) sistemi ilə işləyən oteldə dincələn rəfiqələr tətillərinin sonunda özləri ilə “pulsuz” şirniyyat aparmaq qərarına gəliblər.

Onlar şam yeməyindən sonra hərəyə bir konteyner olmaqla, ümumilikdə 5 kiloqrama yaxın paxlava oğurlayıblar.

Otelin əməkdaşları şirniyyatpərəstləri fərq edərək onlardan ya oğurlanan məhsulların pulunu ödəməyi, ya da polis çağırmağı tələb ediblər.

Qorxuya düşən qızlar rəsmi sübutları məhv etmək məqsədilə paxlavaları unitaza tökərək su ilə axıtmağa çalışıblar. Lakin bərk şirniyyat kütləsinə görə unitaz dərhal tutulub və onların bu cəhdi uğursuzluqla nəticələnib.

Hadisənin sonunda rusiyalı turistlər həm otel rəhbərliyinə vurduqları ziyanı tam şəkildə ödəməli olublar, həm də santexnika sisteminə vurduqları ziyana görə cərimələniblər.

Onlar vətənlərinə həm rüsvay olaraq, həm də paxlavasız qayıdıblar.

Xuraman Etibarlı

İnterpress.аz