Şimali Osetiya dağlarında nadir bir optik fenomen olan Brokken Spektri qeydə alınıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Şimali Osetiyada dağlıq ərazilərində olduqca nadir və heyrətamiz optik təbiət hadisəsi olan “Brokken kabusu” (Brocken spectre) videokameraya çəkilib.
Göydə, buludların üzərində ətrafı rəngbərəng göyqurşağı haləsi ilə əhatə olunmuş insan silueti peyda olub.
Mütəxəssislərin rəyinə görə, bu nadir optik effekt yalnız müşahidəçinin kölgəsi müəyyən hava şəraitində buludlara proyeksiya edildikdə baş verir.
“Brokken kabusu” adı Almaniyadakı Brokken dağından götürülüb, çünki bu qeyri-adi təbiət hadisəsi tarixdə ilk dəfə elmi olaraq məhz həmin zirvədə qeydə alınıb və təsvir edilib.
Sosial şəbəkələrdə sürətlə yayılan bu maraqlı görüntülər böyük heyranlıq doğurub.
Xuraman Etibarlı
İnterpress.аz






