Videokartların qiyməti bir gecədə 30%-dək BAHALAŞDIbackend

Videokartların qiyməti bir gecədə 30%-dək BAHALAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində bütün videokartların qiyməti bir gecədə 15-30% bahalaşıb

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çində bütün istehsalçıların videokartlarının qiymətləri bir gecədə kəskin şəkildə – 15-30% civarında bahalaşıb.

Bu qiymət artımı təkcə “Nvidia”nın ən çox satılan modellərinə deyil, həm də “AMD” və “Intel Arc” qrafik kartlarına rəsmən təsir göstərib.

Eyni zamanda Çinin ən populyar və kütləvi satış platformaları olan “Taobao”, “Pinduoduo” və “JD” marketpleyslərində qiymətlər eyni vaxtda kəskin şəkildə yüksəlib.

Ekspertlər Çindəki bu bahalaşma dalğasının yaxın vaxtlarda dünyanın digər ölkələrində də qeydə alınacağını ehtimal edirlər.

Kəskin qiymət artımının əsas səbəbi kimi son bir ay ərzində videokartların istehsalında istifadə olunan “GDDR6” və “GDDR7” yaddaş çiplərinin hər birinin maya dəyərinin təxminən 19-20 dollar (təxminən 32-34 manat) bahalaşması göstərilir.

Xuraman Etibarlı

İnterpress.аz