Hindistandan Mark Zukerberqə SƏRT TƏLƏB: “3 gün ərzində Baş nazirdən üzr istəməlidir”backend

Hindistandan Mark Zukerberqə SƏRT TƏLƏB: “3 gün ərzində Baş nazirdən üzr istəməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Mark Zukerberqdən rəsmi olaraq üzr istəməsini tələb edib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistan hökuməti “Meta” korporasiyasının baş direktoru Mark Zukerberqdən Baş nazir Narendra Modinin rəsmi paylaşımını sildiyi üçün rəsmi şəkildə üzr istəməsini tələb edib.

Rəsmi tələbə əsasən, Zukerberq 3 gün ərzində Baş nazirdən üzrxahlıq etməli və iyulun 23-də Modinin iştirakı ilə paylaşılmış videonun müvəqqəti silinməsinə görə məsuliyyət daşıyan şəxsləri cəzalandırmalıdır.

Əks halda, “Meta” şirkəti ölkədə ona rəsmi hüquqi müdafiə verən xüsusi statusunu (“Safe Harbour”) itirmək riski ilə üz-üzə qalacaq.

Sözügedən səs-küylü qalmaqal Modinin imtahan suallarının sızdırılmasına qarşı mübarizə tədbirlərinə həsr olunmuş videoçarxının “Facebook” platformasından müvəqqəti olaraq silinməsi səbəbindən yaranıb.

“Meta” nümayəndələri isə həmin video məzmunun texniki xəta ucbatından silindiyini və müəyyən edildikdən dərhal sonra rəsmən bərpa olunduğunu bildiriblər.

Mütəxəssislər qeyd edirlər ki, bu gərgin vəziyyət “Meta”nın Hindistandakı kommersiya fəaliyyətinə və gələcəyinə ciddi hüquqi əngəllər törədə bilər.

Hindistan hökuməti sosial şəbəkələrdə dövlət rəsmilərinin məzmunlarına qarşı yönələn hər hansı məhdudiyyət və xətaları qəbul etməyəcəyini qətiyyətlə bəyan edib.

Xuraman Etibarlı

İnterpress.аz