Evindən çıxarılan 68 yaşlı qadın məhkəmə icraçılarının yanında özünü YANDIRDIbackend

Evindən çıxarılan 68 yaşlı qadın məhkəmə icraçılarının yanında özünü YANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada fırıldaqçıların qurbanı olan xərçəng xəstəsi təqaüdçü qadın məhkəmə icraçılarının gözü qarşısında özünü yandırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada dələduzların qurbanı olmuş və mənzilini itirmiş 68 yaşlı təqaüdçü qadın məhkəmə icraçıları ilə söhbət zamanı özünü yandırıb.

Qadın mənzilində qəfildən alovlandırıcı mayeni üzərinə tökərək yandırıb.

Hadisə zamanı alov mənzildəki mebellərə də keçib və 10 kvadratmetr sahədə baş verən yanğın söndürülüb.

Bədəninin 70%-i (kürək, sinə və qarın nahiyəsi) kəskin yanan təqaüdçü qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Komaya düşən zərərçəkən hazırda süni nəfəs aparatına qoşulub.

Məlumata görə, yaşlı qadın daha əvvəl fırıldaqçılara inanaraq bütün yığımlarını, götürdüyü kreditləri və mənzilinin satışından əldə olunan vəsaitləri onlara köçürüb.

Həmçinin fırıldaqçıların təhriki ilə hərbi komissarlığı yandırdığı üçün 2 il şərti cəza alıb.

Aldadıldığını anladıqdan sonra mənzili alan yeni sahibinə evinin açarlarını verməkdən imtina edib və icraçılar evə gələrkən bu faciəli addımı atıb.

Qadına ötən il həmçinin ağır onkoloji xəstəlik diaqnozu qoyulmuşdu.

Xuraman Etibarlı

İnterpress.аz