Putin Rusiyada xüsusi pilotsuz sistemlər qoşunları yaradılmasını ƏMR ETDİbackend

Putin Rusiyada xüsusi pilotsuz sistemlər qoşunları yaradılmasını ƏMR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin pilotsuz sistemlər qoşunlarının yaradılması barədə əmr verib.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin ölkənin silahlı qüvvələrinin tərkibində tamamilə yeni hərbi birləşmənin – pilotsuz sistemlər qoşunlarının yaradılması barədə rəsmi əmr verib.

Yeni yaradılan xüsusi qoşun növünə general Denis Lyamin rəhbərlik edəcək.

Prezident həmçinin Müdafiə Nazirliyinin bütün arxa cəbhə təchizatı və logistika xidmətlərinin tək bir rəhbərlik altında cəmləşdiriləcəyini bəyan edib.

Həmin birləşmiş xidmətlərin rəhbəri vəzifəsinə isə Valeri Solodçuk təyin olunub.

Xuraman Etibarlı

İnterpress.аz