Kalininqrad–Ufa təyyarəsini İLDIRIM VURDUbackend

Kalininqrad–Ufa təyyarəsini İLDIRIM VURDU 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünənki ildırım zamanı Kalininqrad-Ufa təyyarəsini ildırım vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Kalininqrad–Ufa reysini həyata keçirən sərnişin təyyarəsi ötən gün baş verən güclü tufan zamanı ildırımın zərbəsinə məruz qalıb.

Sərnişinlərdən birinin sözlərinə görə, Ufa hava limanının dispetçeri əlverişsiz hava şəraitinə baxmayaraq, təyyarənin enişinə icazə verib. Lakin təyyarə enişə yaxınlaşarkən güclü turbulentliyə düşüb.

Bu zaman təyyarəyə ildırım çırpılıb və göyərtənin burun hissəsində işıqlandırma sistemində qısaqapanma baş verib.

Yaranmış təhlükəli vəziyyətə görə təyyarənin Maqnitoqorsk hava limanına yönləndirilməsinə qərar verilib.

Təyyarə yerə endikdən sonra kapitan pilotun kabinədən çıxaraq yerə oturduğu və başını əlləri arasına aldığı bildirilib.

Daha sonra təyyarəyə yanacaq doldurulub və sərnişinlərə Ufa istiqamətində uçuşu davam etdirmək təklif olunub. Lakin sərnişinlərin əksəriyyəti səfərlərini quru yolu ilə davam etdirmək qərarına gəlib.

Hadisə zamanı sərnişinlər arasında xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az