Türkiyədə minlərlə PKK üzvünə amnistiya VERİLƏ BİLƏR – Parlament müzakirəyə BAŞLADIbackend

Türkiyədə minlərlə PKK üzvünə amnistiya VERİLƏ BİLƏR – Parlament müzakirəyə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamenti PKK üzvlərinə şərti amnistiyanı nəzərdə tutan qanun layihəsini müzakirə edir.

İnterpress.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində “Milli həmrəyliyin gücləndirilməsi və sosial inteqrasiya haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb.

12 maddədən ibarət layihə PKK ilə əlaqəli cinayətlərə görə məhkum edilmiş, lakin qətl və digər ağır zorakı əməllərdə iştirak etməmiş şəxslər üçün şərti güzəştlər və reinteqrasiya mexanizmləri nəzərdə tutur. Məlumata görə, bu müddəalardan təxminən 4 min nəfərin yararlana biləcəyi gözlənilir.

Qanun layihəsinin qüvvəyə minməsi PKK-nın silahlarını təhvil verməsi və təşkilati fəaliyyətini dayandırmasının Türkiyənin Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi şərtinə bağlanıb.

Təklif Türkiyə ilə PKK arasında uzunmüddətli münaqişənin sona çatdırılması məqsədilə aparılan sülh prosesinin davamı kimi təqdim olunur. Layihədə həmçinin keçmiş PKK üzvlərinin İraq, Suriya və Avropa ölkələrindən Türkiyəyə qayıtması üçün hüquqi imkanların yaradılması nəzərdə tutulur.

Qətl törətməkdə təqsirli bilinənlər və müəyyən kateqoriyadan olan ömürlük məhbuslar, o cümlədən PKK lideri Abdullah Öcalan layihənin nəzərdə tutduğu güzəştlərdən kənarda saxlanılır.

Xuraman Etibarlı

İnterpress.az