Moskvadakı antikafe mərkəzində dondurucudan 100-dən çox ölü tutuquşu tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Prokurorluq yerli sakinlərin müraciətlərindən sonra tutuquşuların saxlanıldığı məkanda yoxlamalara başlayıb.
Məlum olub ki, heyvanlar çoxsaylı qayda pozuntuları ilə saxlanılırmış.
Dondurucuya qoyulmuş quşlarda isə həyatla bir araya sığmayan xəsarətlər aşkar edilib.
Faktla bağlı heyvanlarla amansız rəftar maddəsi üzrə cinayət işi qaldırılıb.

Xuraman Etibarlı
İnterpress.az






