10 gün əvvəl udduğu diş protezi bronxundan ÇIXDI: Həkimlərdən uğurlu ƏMƏLİYYAT – FOTObackend

10 gün əvvəl udduğu diş protezi bronxundan ÇIXDI: Həkimlərdən uğurlu ƏMƏLİYYAT – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çuvaşiyada kişi diş protezini nəfəs borusuna çəkib və bundan xəbərsiz olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Təəccüblü hadisə Çuvaşiyada qeydə alınıb. Yerli sakin 10 gün ərzində sağ bronxunda diş protezi ilə yaşayıb və yalnız öskürək narahatlığı yarandıqdan sonra həkimlərə müraciət edib.

Diş protezini nəfəs yolu ilə daxilə çəkdiyindən kişinin heç xəbəri də olmayıb. Onun ehtimalına görə, diş “körpüsü” sadəcə udulduğu üçün yoxa çıxıbmış.

Həkimlər videobronxoskopiya əməliyyatı keçirərək xəstəni xilas ediblər.

Xuraman Etibarlı

İnterpress.az