Anapada köhnə kinoteatr ərazisində ölü çəhrayı göyərçinlər tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
2000-ci illərin qlamur üslubunda olan quşların mənşəyi hələlik məlum deyil.
Yerli sakinlər kimsə quşları ya “gender-pati” (uşağın cinsiyyətinin açıqlanması məclisi) üçün, ya da turistlərlə şəkil çəkdirmək məqsədilə rənglədiyini ehtimal edirlər.
Şəhər polisi heyvanlarla ehtimal olunan amansız rəftar faktı üzrə yoxlama aparacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






