İnanılmaz OLAY: Başına armatur batan kişi onu özü çıxarıb evinə GETDİ – FOTObackend

İnanılmaz OLAY: Başına armatur batan kişi onu özü çıxarıb evinə GETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Primoryedə bağban kəllə sümüyünü armaturla deşib, sonra onu özü çıxararaq sakitcə evinə gedib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

45 yaşlı kişi açıq kəllə-beyin travması alsa da, təcili tibbi yardım çağırmaq əvəzinə özü evinə qayıtmaq qərarına gəlib.

O, xəstəxanaya yalnız növbəti gün müraciət edib və ona təcili əməliyyat olunmaq lazım gəlib.

Neyrocərrahlar dörd saat ərzində kişini ölümün pəncəsindən xilas etmək üçün mübarizə aparıblar.

Əməliyyat uğurla keçib və hazırda həmin şəxsi reabilitasiya prosesi, eləcə də nevroloqun uzunmüddətli nəzarəti gözləyir.

Xuraman Etibarlı

İnterpress.az