ABŞ-də 11 yaşlı uşaq dəniz kənarında 10 sm-lik meqalodon dişi TAPDIbackend

ABŞ-də 11 yaşlı uşaq dəniz kənarında 10 sm-lik meqalodon dişi TAPDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 11 yaşlı oğlan çimərlikdə təsadüfən tarixdən əvvəlki dövrə aid köpəkbalığının dişini tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə NJ nəşri məlumat yayıb.

ABŞ-nin Nyu-Cersi ştatında 11 yaşlı oğlan çimərlikdə milyonlarla il əvvəl nəsli kəsilmiş nəhəng tarixəqədərki köpəkbalığı – meqalodonun daşlaşmış dişini tapıb.

Bo adlı uşaq bu tapıntını avqustun 11-də Si-Ayl-Siti şəhərində atası ilə gəzinti zamanı aşkarlayıb.

Uşağın atası dalğaqıran daşlarının arasındakı dar yarıqda nəyisə fərq etsə də, əli çatmadığı üçün oğlundan kömək istəyib. Bo həmin yarıqdan təxminən 10 santimetr uzunluğunda olan qalıqları çıxarıb.

Daha sonra Nyu-Cersi Ştat Muzeyinin mütəxəssisləri tapıntının həqiqətən də meqalodon dişi olduğunu təsdiqləyiblər.

Muzeyin təbiət elmləri kolleksiyasının kuratoru Dana Eertin sözlərinə görə, bu, 1911-ci ildən bəri Nyu-Cersidə sənədləşdirilmiş cəmi altıncı meqalodon dişi ola bilər.

Alimlər ehtimal edirlər ki, diş çimərliyin qumla doldurulması işləri zamanı dənizin dibindən qumla birlikdə sahilə düşüb.

Meqalodon Yerdə mövcud olmuş ən böyük köpəkbalığı hesab olunur.

Tədqiqatçıların qiymətləndirmələrinə görə, onun uzunluğu 18 metrə çatır, çəkisi isə 94 tona qədər olurdu.

Xuraman Etibarlı

İnterpress.az